Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Firefox” veb-səyyahında “Reset” düyməsi olacaq


“Firefox 13” veb-səyyahında “Reset” düyməsi olacaq. Bu düymə nasazlıqlar zamanı veb-səyyahı ilkin vəziyyətə qaytarmağa imkan yaradacaq; bütün şəxsi məlumatlar saxlanılacaq.

"İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, “Firefox 13” veb-səyyahının beta-versiyası artıq yüklənmə üçün əlçatandır; final versiyasının istifadəyə verilməsi 2012-ci il iyunun 5-nə təyin edilib.

Məlumat üçün qeyd edim ki, “Firefox” veb-səyyahının hazırlanması ilə “Mozilla Foundation” qeyri-kommersiya təşkilatının bölməsi olan “Mozilla Corporation” məşğul olur. “StatCounter” statistika xidmətinin məlumatına görə, “Firefox”un veb-səyyah bazarındakı payı təxminən 25 faiz təşkil edir.




 

EMİL





19/05/12    Çap et