Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mənim məktəbim” internet layihəsi


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) növbəti internet layihələrindən olan “mekteb.edu.az” portalında ölkənin təhsil müəssisələrinin nailiyyətləri əks olunub. “Mənim məktəbim” adlanan bu internet layihəsində istifadəçi 1995-ci ildən bəri respublikamızın ali məktəblərinə keçirilən qəbul imtahanlarında öz məktəbinin məzunlarının göstərdiyi nəticələr haqqında ətraflı məlumat ala bilər. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Komissiyadan bildirilib ki, məlumatlarla tanış olduqdan sonra hər kəs öz məktəbinin nəticələrini respublikanın digər məktəbləri ilə müqayisə edə bilər: ”Müqayisədə bu göstəricilərin nə dərəcədə yüksək olduğunu, həmçinin hansı fənlər üzrə qızların, hansılarda isə oğlanların daha yaxşı nəticələr göstərdiyini görmək mümkündür”.
 




HƏQİQƏT






19/05/12    Çap et