Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Müdafiə Nazirliyinin rəsmi saytı yenilənib


Müdafiə Nazirliyinin rəsmi saytı yenidən təkmilləşdirilərək istifadəçilərin ixtiyarına verilib.
Saytda hərbi qanunvericilik, hərbi doktrina, silahlı qüvvələrin qanunvericilik bazası və ordumuzun  NATO-ya inteqrasiyasına həsr edilən məlumatlar yer alıb.

 “http://www.mod.gov.az/” saytında əsas yeniliklərdən biri nazirliyin rəhbər şəxslərinin qəbul günlərinin göstərilməsidir.

Saytda yaradılan müraciətlər bölümündə isə vətəndaşlar onları düşündürən məsələ barədə onlayn daxil ola və sorğularını, şikayətlərini göndərə bilərlər. Sorğu qəbul olunan kimi, dərhal müraciət edən şəxsə onun məktubunun qəbul olunması və araşdırılması barədə bildiriş verilir.

 İndiki elektronlaşan dünyada belə bir rəsmi saytın əhəmiyyəti böyükdür. Çünki saytda dünyanın aparıcı ölkələrinin təcrübəsindən də istifadə edilir.Yaxın vaxtlarda saytın ingilisdilli versiyasının da yaradılması nəzərdə tutulub.





21/05/12    Çap et