Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Peyk məlumatlarının emalı üçün proqram təminatı tətbiq ediləcək


Azərbaycanın Milli Aerokosmik Agentliyi ilin sonunadək aerofoto və peyk məlumatlarının emalı üçün "PCİ Geomatica" proqram təminatını tətbiq etməyi planlaşdırır. Bu barədə “Trend”ə agentliyin baş direktorunun müavini Tofiq Süleymanov məlumat verib.
Süleymanovun sözlərinə görə, hazırda Rusiyanın "Geo-Alyans" şirkəti ilə danışıqlar aparılır. Bu şirkət "PCİ Geomatica" proqram təminatının rəsmi avtorizə olunmuş tədarükçüsüdür.
Kanadanın "PCİ Geomatics" korporasiyası tərəfindən hazırlanmış "PCİ Geomatica"dan Yer kürəsinin məsafədən zondla tədqiq edilməsi üzrə fotoqrammetrik məlumatlarının işlənməsi üçün və həmin məlumatlardan xəritəçəkmə, geoinformasiya layihələri və digər proqramlarda istifadə olunur.
Sistemin tətbiqi agentliyə zondla tədqiq edilmə zamanı peyklərdən alınan məlumatları emal etməyə imkan verəcək. "Geo-Alyans" “Digital Globe/Hitachi Software”, “European Space Imaging”, “GeoEye”, 2SPOT İmage”, “İnfoterra GmbH” peyklərinin sahibi olan şirkətlərlə distrübüter sazişinə malikdir, eləcə də ABŞ Geoloji Xidmətinin (USGS) tərəfdaşıdır.




11/07/11    Çap et