Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni iynəsiz şpris ağrı hiss etdirməyəcək


Massaçusets Universitetinin əməkdaşları yeni nəsil iynəsiz şpris hazırlayıblar və onlar ağrı hiss etdirməyəcəklər. Şprisin əsasını kiçicik porşen təşkil edir və o, xüsusi maqnit vasitəsilə hərəkət edir.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, yeni şprisdə iynə əvəzinə xüsusi ucluq var və o, gözə görünmür, çünki onun ölçüsü ağcaqanad xortumunun ölçüsü boydadır. Dərman xüsusi ucluq vasitəsilə səs sürətinə yaxın sürətlə çıxır, dəridə kiçik deşik açır və orqanizmə daxil olur.
 








EMİL





29/05/12    Çap et