Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” pleyer istehsalını dayandırır


“Sony” korporasiyası sentyabr ayında mini-disk dəstəkli “Walkman” cib pleyerlərinin istehsalını dayandırır. “MiniDisc” (qısaca MD) maqnit-optik daşıyıcıları “Sony” şirkəti tərəfindən 1992-ci ilin yanvarında hazırlanıb və təqdim edilib. Onlar kompakt-kasetləri əvəz edib. MD-ni istənilən məlumatların saxlanılması üçün istifadə etmək olar, amma əksər hallarda onlar audiodaşıyıcı rolunu yerinə yetirirlər.
İlk “Walkman MiniDisc” pleyerləri demək olar ki, 20 il əvvəl, 1992-ci ildə satışa daxil olub. O vaxtdan təxminən 22 milyon qurğu satılıb. İndi hər yerdə fləş yaddaş istifadə olunduğundan mini -disklər aktuallığını itirib və “Sony” onların istehsalından imtina etməyə qərar verib. Həmçinin, qeyd edək ki, keçən il “Sony” əfsanəvi “Walkman” kaset pleyerlərinin istehsalını dayandırıb.




11/07/11    Çap et