Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektron imzanın tətbiqi ilə bağlı «Sığorta fəaliyyəti haqqında» qanuna dəyişikliklər edilə bilər


Azərbaycanda «Sığorta fəaliyyəti haqqında» qanuna dəyişikliklə bağlı təkliflər hazırlanır. Bunu Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Namiq Xəlilov bildirib. N. Xəlilovun sözlərinə görə, qanuna ediləcək dəyişikliklər əsasən elektron imzanın tətbiqi ilə bağlıdır. Hazırda sığorta sahəsində vahid informasiya sistemi yaradılır ki, bu da gələcəkdə blanklardan azad olmağa imkan verəcək.




11/07/11    Çap et