Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniyanın poçt xidməti Avropada “NFC” texnologiyasının ən böyük istifadəçisi olacaq


Britaniyanın poçt xidməti ölkə ərazisində kontaktsız ödəmə terminalları şəbəkəsini genişləndirərək Avropada "NFC" texnologiyasının ən böyük istifadəçisinə çevrilməkdədir. Ölkədə "NFC" texnologiyasını dəstəkləyən təxminən 30 min terminal quraşdırmaq planlaşdırılır.

Britaniya poçtalyonlarının hesablamalarına görə, layihə başa çatdıqdan sonra ölkə əhalisinin 99 faiz əhalisi "NFC" texnologiyasından istifadə etmək hüququna malik olacaq.

Poçt xidmətinin planına əsasən, gələn həftə terminalların quraşdırılmasına başlamaq, Londonda keçiriləcək Olimpiya oyunlarının başlanğıcı ərəfəsində isə bitirmək planlaşdırılır.

İstifadəçilər poçt əməliyyatlarını "Mastercard PayPass" və ya "Visa PayWave" kontaktsız kartları, həmçinin müvafiq çipi dəstəkləyən mobil telefonlar vasitəsilə həyata keçirə bilərlər.
 
EMİL





31/05/12    Çap et