Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Uşaqlar üçün planşet təqdim edilib


“Archos” şirkətinin əməkdaşları uşaqlar üçün hazırlanmış və büdcəyə uyğun “Child Pad” adlı planşet kompyuterini təqdim ediblər.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “Child Pad” planşeti 800x480 piksel təsvir ölçüsünə malik 7 düymlü ekrana malikdir.

Qurğu 1 QHs takt tezlikli “Cortex A8” prosessoru, 1 QB əməli yaddaş, həmçinin 4 QB daxili yaddaş ilə təchiz edilib. Planşetə “Android 4.0 Ice Cream Sandwich” əməliyyat sistemi quraşdırılıb.

“Archos” şirkətinin istehsalı olan “Child Pad” planşet kompyuteri  2012-ci ilin iyununda satışa çıxarılacaq. Qurğunun qiyməti 130 dollara bərabər olacaq.
 
EMİL





31/05/12    Çap et