Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tənzimlənə bilən linzalara malik universal eynək yaradılıb


Mütəxəssis-oftalmoloqlar iki cüt linzaya malik “Eyejusters” adlı  eynək hazırlayıblar. Eynək özü tənzimlənəndir və həm yaxından görmə, həm də uzaqdan görmədən əziyyət çəkən insanlar ondan istifadə edə bilərlər.

Xüsusi çarx vasitəsilə linzalar arasında əyilmə bucağını – 5-dən +5 dioptriya qədər sazlamaq mümkündür.
“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, “Eyejusters” eynəkləri klassik dizaynda hazırlanıb, həm kişilər, həm də qadınlar istifadə edə bilər.

Eynəyi almaq üçün  oftalmoloqla məsləhətləşməyə ehtiyac yoxdur. Eynəyi ev şəraitində sazlamaq
olar.“Eyejusters” eynəklərinin ABŞ və bir sıra ölkələrdə satışa çıxarıldığı bildirilib. Qiyməti 40 dollar təşkil edir.




 
EMİL





01/06/12    Çap et