Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan “Facebook” istifadəçilərinin sayına görə Cənubi Qafqazda liderdir


2012-ci il iyunun 4-nə olan məlumata əsasən, Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 780340 təşkil edib. Müqayisə üçün: 2012-ci il mayın 11-də bu göstərici 766140 idi. 

"İCTnews.az" elektron xəbər xidməti "socialbakers.com" saytına istinadən bildirir ki, son 6 ay ərzində Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 254160 artıb.

Azərbaycan "Facebook" istifadəçilərinin sayına görə tərtib edilən reytinqdə 86-cı yerdə qərarlaşıb. Məlumat üçün bildirim ki, mayda 87-ci yerdə, yanvarda isə 91-ci mövqedə yer almışdı.

Azərbaycan reytinqdə Gürcüstan (87), Estoniya (102), Qazaxıstan (104), Belarus (108), Latviya (111), Ermənistan (115), Moldova (117) dövlətlərini qabaqlayıb.

ABŞ "Facebook" istifadəçilərinin sayına görə əvvəlki kimi liderdir. Bu göstərici üzrə Braziliya ikinci, Hindistan isə üçüncüdür.Azərbaycanda "Facebook"dan istifadə edənlərin 64 faizini kişilər təşkil edir.


 


 
EMİL





04/06/12    Çap et