Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPad” aviaşirkətə yanacağa qənaət etməkdə yardımçı olacaq


Sinqapurun “Scoot” aviaşirkəti təyyarələrdən əyləncə avadanlıqlarını yığışdırıb. Nəticədə təyyarələrin çəkisi azalıb və yanacağa qənaət olunacaq. Sərnişinlərin darıxmaması üçün uçuş zamanı onlara “iPad” planşeti veriləcək.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, “Scoot” aviaşirkətinin direktoru Kempbell Uilsonun (Campbell Wilson) sözlərinə görə, əyləncə avadanlıqlarını yığışdırmaqla təyyarənin çəkisini 7 faiz azaltmaq mümkün olub. “iPad” planşeti biznes-klass sərnişinlərinə pulsuz və “ekonomklass” sərnişinlərinə isə 17 dollara veriləcək.Məlumat üçün bildirim ki, “Scoot” aviaşirkəti öz ilk uçuşunu 2012-ci il iyunun 5-də həyata keçirib.
 





EMİL





06/06/12    Çap et