Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ağcabədidə korporativ üslublu yeni poçt şöbələri yaradılır


Ölkəmizdə poçt rabitəsi sahəsində korporativ üslublu modern poçt şöbələrinin sayı artır. "Azərpoçt" MMC-dən verilən məlumata görə, artıq regionlarda belə poçt şöbələri üstünlük təşkil edir.

Göyçayın Ləkçılpaq və Ərəbcəbirli kəndlərində, Samuxun Poylu və Yenikənd və Bakının Xocasən qəsəbəsinin ardınca bu günlərdə Ağcabədi rayonunun Qaradolaq və Təzəkənd kəndlərində də  yeni poçt şöbələrinin  vətəndaşların istifadəsinə verilməsi gözlənilir.

Bu poçt şöbələrində məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pul köçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradılacaq.


RƏVAN




06/06/12    Çap et