Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni robot-üzgüçü insanın hərəkətlərini təkrarlayır


Tokio Texnologiya İnstitutunda çalışan yapon mühəndisləri yeni robot təqdim ediblər. Bu dəfə mütəxəssislər Çxun Çxanxyun və Motomu Nakasima “SWUMANOID” adlı insanaoxşar robot-üzgüçü hazırlayıblar. Robot suda üzən insanın bütün hərəkətlərini təkrarlayır.

“İCTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən  bildirir ki, robotun ölçüləri kiçikdir; o, orta yaşlı insanla müqayisədə 1:2 nisbətində hazırlanıb. “SWUMANOID” robotu 100 metrlik məsafəni 2.5 dəqiqəyə qət edir. Lakin robot hər şeydən əvvəl modellərin hidrodinamikada hərəkətinin öyrənilməsi və hərəkət zamanı xüsusi datçik vasitəsilə suyun müqavimət qabiliyyətinin ölçülməsi üçün nəzərdə tutulub.
 






EMİL





06/06/12    Çap et