Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Noutbuklar üçün ən sürətli qrafik prosessor təqdim edilib


“Nvidia” şirkəti noutbuklar üçün yeni “Nvidia GeForce GTX 680M”  adlı qrafik prosessor istehsal etməsi haqqında elan edib.

“İCTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Nvidia” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, “GeForce GTX 680M” şirkətin noutbuklar üçün indiyə kimi yaratdığı qrafik prosessorlar arasında ən məhsuldarıdır.

“GeForce GTX 680M” qrafik prosessoru “Optimus”, “PhysX”, “SLI”, “CUDA” və digər, həmçinin yeni “Adaptive V-sync”  texnologiyasını dəstəkləyir.



 
EMİL





07/06/12    Çap et