Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Rabitə” üçün kolumbiyalı oyunçu


Azərbaycanın “Rabitə” voleybol klubu komandanın yeni üzvü, əvvəllər Koreya komandasında oynamış kolumbiyalı hücumçu Madlen Montanonu təqdim edib.Voleybolçu özü qeyd edib ki, Azərbaycana gəlişi onun üçün yenilikdir.

“Mən Yaponiya,Braziliya və Koreyadan dəvətlər almışdım. Lakin məhz “Rabitə”ni seçdim. Burada Çempionlar Liqasında oynamaq imkanı, yeni perspektivlər vardır. Buna görə də “Rabitə”ni seçdim”.

“Rabitə”nin prezidenti Cəlil Cəfərov bildirib ki, komanda bundan sonra da möhkəmlənəcəkdir. Bakı komandası Çempionlar Liqasında qalib gəlməyi qarşısına məqsəd qoyub.




08/06/12    Çap et