Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” yeni kataloq istifadəyə verib


“Facebook” sosial şəbəkəsi bu gün istifadəçilərə faydalı kənar mobil və veb-tətbiqlərin aşkar edilməsində kömək üçün nəzərdə tutulmuş yeni alət təqdim edib. Hazırda “Facebook App Center” vasitəsilə sosial şəbəkə ilə işləyən təxminən 600 kənar əlavəyə sürətli çıxış əldə etmək mümkündür.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “App Center” tətbiqlər mağazasının əsas səhifəsində “Facebook” tərəfindən daha faydalı və populyar kimi  seçilmiş fərdi tətbiq və tövsiyələr əks olunur. Bundan əlavə, yan menyudan kateqoriyaları seçmək və müvafiq bölmələrə keçmək olar.

“Facebook App Center” adi tətbiqlər kataloqu kimi görünsə də, lakin o, birbaşa heç nə satmır. Hazırda onun vəzifəsi istifadəçilərə bu və ya digər məsələlərin icrası üçün nəzərdə tutulmuş “Facebook” tətbiqlər axtarmaqdan ibarətdir. “App Center”, həmçinin istifadəçinin hansı platformadan daxil olmasını avtomatik müəyyən edir və yalnız onun platforması üçün nəzərdə tutulmuş tətbiqləri göstərir.

Hazırda “App Center” tətbiqlər mağazası yalnız ABŞ ərazisində əlçatandır, lakin iki həftə ərzində o, digər ölkələrdə də əlçatan olacaq.
 
EMİL





08/06/12    Çap et