Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

74 dollarlıq kompyuter-fləş kart


Çinin “Zero Devices” şirkəti “MK802” adlı kompyuter təqdim edib. Yeni kompyuter ölçüsünə görə adi fləş-karta oxşayır, “ARM” prosessor, “Wi-Fi” modulu ilə təchiz edilib və ona “Google Android 4.0” (Ice Cream Sandwich) əməliyyat sistemi quraşdırılıb.

“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, “MK802” kompyuteri 2 ədəd “USB” port, “microSD” yaddaş kartları üçün slot, həmçinin monitor və ya “HDTV”-televizorun qoşulması üçün “HDMI” çıxışı ilə təchiz edilib.

Məlumatların saxlanılması üçün yaddaşın tutumu 4 QB təşkil edir. Kompyuter-fləş kartın çəkisi 200 qramdır. Qurğuya “Android” platformasından savayı, “Ubuntu”, “Debian” və ya istənilən digər  “Linux” distribütivi quraşdırmaq olar.“MK802” kompyuterinin qiyməti 74 dollardır.




EMİL





11/06/12    Çap et