Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompyuter və digər elektron avadanlıqların istehsalı üzrə 0,5 faiz bahalaşma olub


Cari ilin may ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 7,6 faiz ucuzlaşıb.  Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 90,8 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 9,3 faiz ucuzlaşıb.May ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,4 faiz təşkil edib.

Bu bölmədə istehsalçı qiymətləri maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 7,6 faiz, tikinti məmulatlarının istehsalı üzrə 3,2 faiz, toxuculuq sənayesi üzrə 2,4 faiz, maşın və avadanlıqların istehsalı üzrə 1,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,2 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,8 faiz, metallurgiya sənayesi üzrə 0,4 faiz, qida məhsullarının istehsalı və poliqrafiya fəaliyyəti üzrə 0,1 faiz ucuzlaşmış, neft məhsullarının istehsalı üzrə 1,7 faiz, kimya sənayesi üzrə 1,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,6 faiz, kompyuter və digər elektron avadanlıqların istehsalı üzrə 0,5 faiz, tütün məmulatlarının istehsalı üzrə 0,4 faiz, içki istehsalı və elektrik avadanlıqlarının istehsalı üzrə 0,3 faiz, geyim istehsalı və avtomobil və qoşquların istehsalı üzrə 0,2 faiz, kağız və karton istehsalı, əczaçılıq məhsullarının istehsalı üzrə isə 0,1 faiz bahalaşıb.


SEYMUR





11/06/12    Çap et