Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rayon mərkəzlərində və şəhərlərdə 400 mindən çox smart-kartın quraşdırılması planlaşdırılır


İki il ərzində "Azəriqaz" İstehsalat Birliyi  Bakı, Gəncə, Ağsu, Sumqayıt, Hacıqabul, Naftalan və ətraf ərazilərdəki əhali qrupu arasında bütün abunəçilərin qabaqcadan ödəniş sistemi (smart-kartlardan istifadə etməklə) üzrə işləyən qaz sayğacları ilə təmin edilməsini başa çatdıracaq.

Bu barədə birlikdən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, yaxın 4 il ərzində Azərbaycanın rayon mərkəzlərində və şəhərlərdə 400 mindən çox smart-kartın quraşdırılması planlaşdırılır.  İyunun 1-dək əhali qrupu arasındakı abunəçilər 371 749 ədəd smart-sayğacla təmin edilib. O cümlədən, 2011-ci ildə bu göstərici 139 524 ədəd təşkil edib.

Hazırda Azərbaycanda təbii qaz üzrə abunəçilərin sayı 1,41 milyon nəfər təşkil edir, onlardan 1,39 milyondan çoxu əhali qrupundan olan abunəçilərin payına düşür, qalan hissəni isə digər abunəçilər təşkil edir.Azərbaycan əhalisinin 100 faizi sayğaclarla (həm mexaniki tipli, həm də smart-sayğaclarla) təmin edilib.



RƏVAN





12/06/12    Çap et