Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SİNAM” şirkəti “Oracle Data Warehousing” ixtisaslaşmasını əldə edib


“Oracle Gold Partner” statusuna malik olan “SİNAM” şirkəti verilənlərin “Oracle Data Warehousing” (ODW) əsasında saxlanılması sahəsində böyük təcrübəyə malik olduğunu bir daha təsdiqləyərək “Oracle Partner Network Spesialized” proqramı çərçivəsində müvafiq ixtisaslaşmanı əldə edib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə şirkətin məlumatında deyilir.
Bu status şirkətin yüksək ixtisas dərəcəsinin və uğurlu layihələrinin olmasının “Oracle” tərəfindən rəsmi şəkildə təsdiq edildiyini göstərir.

Əldə edilmiş ixtisaslaşmanın bütün kriterlərinə uyğun olmaq üçün “SİNAM” əməkdaşları təlim keçib, eləcə də müştərilərdən “ODW”-nin tətbiqi layihələri ilə əlaqədar müsbət rəylər alınıb.
Qeyd edək ki, bundan əvvəl “SİNAM” “Oracle Business Intelligence Foundation” və “Oracle Database” ixtisaslaşmalarını əldə etmişdi.




CAHANGİR





12/06/12    Çap et