Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mozilla” şirkəti veb-tətbiq mağazasını istifadəyə verib


“Firefox” brauzerinin istehsalçısı “Mozilla” şirkəti “Mozilla Marketplace” adlı veb-tətbiq mağazasını təqdim edib.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, mağaza hələ ki test rejimində işləyir. Orada 200-ə yaxın  proqram var. Mağazada həm pullu, həm də pulsuz tətbiqlər əlçatandır.
Tam versiyanın nə zaman işə düşəcəyi haqqında məlumat verilmir.









 
EMİL





13/06/12    Çap et