Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” platforması üçün pulsuz fotoredaktor istifadəyə verilib


“iOS” və “Android” platformasında işləyən qurğular üçün “Aviary” fotoredaktoru təqdim edilib. Redaktoru eyniadlı şirkət hazırlayıb.

“İCTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, redaktorun foto üzərində yerinə yetirdiyi əməliyyatlar siyahısına fırlanma və kəsmə, parlaqlıq və ziddiyyətin tənzimlənməsi, "qırmızı göz" effektinin silinməsi, kəskinliyin artırılması daxildir.

Proqram pulsuz yayılır. Redaktoru “App Store” (iPhone, iPad и iPod touch) və “Google Play” mağazasından yükləmək olar.
“Aviary” şirkəti gələcəkdə proqramın “Windows Phone 7” platforması üçün versiyasını istifadəyə verməyi planlaşdırır.



EMİL





14/06/12    Çap et