Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Opera 12” brauzeri işıq üzü görüb


Norveçin “Opera Software” şirkəti “Windows”, “Mac” və “Linux” əməliyyat sistemləri üçün nəzərdə tutulmuş “Opera 12” brauzerinin final versiyasını təqdim edib. Brauzeri “opera.com” saytından yükləmək mümkündür.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity” saytına istinadən bildirir ki, “Opera 12” brauzerində onun xarici görünüşünü dəyişdirməyə imkan verən mövzular rəsmi olaraq dəstəklənir. Hazırda bir neçə yüz mövzu “Opera” şirkətinin saytında artıq əlçatandır.

Brauzerin 12-ci versiyasında, həmçinin istifadəçi məlumatlarının internetə ötürülməsinə daha ətraflı nəzarət etməyə imkan verən yeni təhlükəsizlik alətləri istifadəyə verilib.

“Opera 12” brauzerində, həmçinin bir sıra daxili yeniliklər edilib. Artıq plaqinlər müstəqildirlər, belə ki, onlardan hər hansı birinin işində yaranan nasazlıq zamanı brauzer işləyir. Həmçinin brauzerin icra edilməsi, səhifələrin yüklənməsi və “HTML5”-in renderinqi sürətlənib.
 
EMİL





14/06/12    Çap et