Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qazaxda internet istifadəçilərinin sayı artıb


Qazaxın kəndləri də sürətli internetlə təmin edilir. Bu haqda Qazax Rayon Telekommunikasiya Qovşağından məlumat veriblər.

Məlumata görə, rayon ATS-lərində müasir avadanlıqların quraşdırılması nəticəsində internet istifadəçilərinin sayını artırmaq mümkün olub. Hazırda 1.380 nəfər rayon sakini sürətli internetdən yararlanır.

İnternet istifadəçilərinin 1.100 nəfəri “Aztelekom”, 280 nəfəri isə “Data+” abunəçisidir. Qurumdan bildiriblər ki, kəndlərdə qurulan elektron ATS-lərdə yerləşdirilən qurğular sayəsində ilin sonuna kimi internet istifadəçilərinin sayını 2 dəfəyədək artırmaq mümkün olacaq.
 




16/06/12    Çap et