Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Macarıstan və Azərbaycan elektron kataloqla elektron kitabxanadan birgə istifadə edəcəklər


Macarıstan və Azərbaycan elektron kataloq, eləcə də elektron kitabxanadan birgə istifadə edəcəklər. Bu maddələr tərəflər arasında bağlanmış Memorandumda əks olunub. “ICTnews” elektron xəbər xidmətinə Azərbaycan Milli Kitabxanasından (AMK) verilən məlumata görə, Macarıstan Milli Kitabxanasının direktoru Andrea Sajo Azərbaycan Milli Kitabxanasında olub: “Səfərdə məqsəd Azərbaycan Milli Kitabxanası ilə Macarıstan Milli Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalamaq idi”. Andrea Sajo AMK-la yaxından tanış olduqdan sonra iştirakçıları virtual olaraq Macarıstan Milli Kitabxanası ilə də tanış edib.

Daha sonra Azərbaycan Milli Kitabxanası ilə Macarıstan Milli Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq haqqında Memorandumun rəsmi imzalanma mərasimi başlayıb: “Memorandum Azərbaycan, ingilis və macar dillərində imzalanıb. Kitab sərgilərinin təşkili, təcrübə mübadiləsinin aparılması, treninqlərin, seminarların, elmi konfransların keçirilməsi, elektron kataloq və elektron kitabxanadan istifadə və s. məsələlər Memorandum maddələrində öz əksini tapıb”.




 
HƏQİQƏT





20/06/12    Çap et