Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektrik enerjisi hasil edən top


Elektrik enerjisi hasil edən top hələ də elektrik enerjisi ilə bağlı böyük problemlər yaşayan Afrika üçün əla yardım ola bilər.

Qeyd edək ki, elektrik enerjisi ilə bağlı ciddi problemlər yalnız  "Qara" qitədə yaşanmır. Planetimizin hər beşinci sakini sözün əsl mənasında qaranlıqda yaşamağa məcburdur. Möcüzə-topla 30 dəqiqə oynamaq kifayətdir ki, 3 kilovatt elektrik enerjisi əldə olunsun.

"ICTnews.az" elektron xəbər xidməti "kp.ru" saytına istinadən  bildirir ki, elektrik enerjisi hasil edən topun iş prinsipi sadədir. O, zərbənin enerjisini "udur" və onu elektrik enerjisinə çevirir. Topun daxilində elektromaqnit qarqara yerləşir. Topa zərbə vurulduqda  maqnit elektrik cərəyanı yaradır və qarqaraya birləşdirilmiş kondensatoru elektrik enerjisi ilə doldurur.

Top "soccer + socket" adlanır və o, ucuz materiallardan hazırlanır. Qiyməti təxminən adi futbol topunun qiymətinə uyğundur.

Bil Klinton elektrik enerjisi hasil edən topla bağlı heyranlığını gizlətməyib və Harvard Universitetinin tələbələri olan Cessika Lin, Culiya Silverman, Cessika Mettyuz, Hemali Takkara və Aviv Presserin ixtirasını "fövqəladə" adlandırıb.
Cənubi Afrikada sınaqdan keçirilmiş top su keçirməyən, möhkəmdir və onu nasosla doldurmaq lazım deyil.
 
EMİL





22/06/12    Çap et