Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” riyaziyyatçı Alan Turinqin ad gününü qeyd


“Google” internet-şirkəti Britaniyalı riyaziyyatçı və kriptoqraf Alan Türinqin anadan olmasının 100 illiyini bayram loqosu ilə qeyd edib. Alan Türinq informatikanın inkişafını xeyli zənginləşdirib və o,  süni intellekt nəzəriyyəsinin banisi olub.

“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Google”-un ənənəvi loqosu abstrakt Türinq maşınının şəkli ilə əvəz edilib.

Alan Türinq 1912-ci il iyunun 23-də Londonda doğulub. O, İkinci dünya müharibəsi zamanı Britaniyanın kriptoqrafiya mərkəzi olan Bletçli-parkda çalışıb. Orada Türinqin rəhbərliyinin altında çalışan qrup məxfi "Ultra" layihəsi çərçivəsində alman silahlı qüvvələrinin kodlaşdırılmış mesajlarının deşifrə edilməsi ilə məşğul olurdu. Alim alman kriptoqraflarının şifrlərini qırmağa imkan verən "Bomba" və “Koloss” maşınlarının hazırlanmasına xeyli kömək etmişdi.

Türinq maşını süni intellekt nəzəriyyəsi sahəsində fundamental hazırlamalardan biri olub. O hesab edirdi ki, istənilən hesablama alqoritmi onun ekvivalent maşını vasitəsilə təsvir edilə bilər.

Məlumat üçün qeyd edək ki, “Google” şirkəti axtarış sisteminin əsas səhifəsindəki ənənəvi loqosunu bayramlar, həmçinin əlamətdar tarixi hadisələr zamanı dəyişdirir.
 
EMİL





23/06/12    Çap et