Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“RIM” şirkəti bölünəcək?!


“BlackBerry” smartfonlarının istehsalçısı olan Kanadanın “Research in Motion“(RIM) şirkəti biznesinin iki ayrı şirkətə bölünməsi imkanını nəzərdən keçirir. Bu barədə “Röyters” xəbər agentliyi məlumat verib. “RIM” şirkəti yayılmış bu məlumatla bağlı hələ ki heç bir rəsmi fikir bildirməyib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, “RIM” şirkəti biznesinin bölünməsi halında texnika istehsalını ayrı firmaya ayıracaq və gələcəkdə bu firmanı ola bilər ki satacaq.
 






EMİL





25/06/12    Çap et