Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“HP” şirkəti Avropada 8 min iş yerini ixtisar etməyi planlaşdırır


Dünyanın ən böyük fərdi kompyuter istehsalçısı olan "HP" (Hewlett-Packard) şirkəti 2014-cü ilin sonunadək Avropada təxminən 8 min iş yerini ixtisar etməyi planlaşdırır. Bu barədə  Almaniyanın "WirtschaftsWoche" işgüzar həftəlik nəşrinə istinadən "Röyters" xəbər agentliyi bildirib.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, hazırda "HP" korporasiyasında 300 mindən çox əməkdaş çalışır. Məlumat üçün bildirək ki, şirkətin 2012-ci ilin mayında elan etdiyi irimiqyaslı ixtisar planına görə, 27 min işçini və ya ştatın 8 faizini işdən çıxarmaq nəzərdə tutulur.

"HP" korporasiyası biznesini optimallaşdırmağa çalışır, xərclərin azalması və inkişafını stimullaşdırmaq üçün tədbirlər görür. Heyətin ixtisar edilməsi planlaşdırılmış yenidənqurma prosesinin bir hissəsidir və şirkətin 3-3,5 milyard ABŞ dollarına qənaət etməsinə imkan yaradacaq.

"HP"-nin hazırkı baş direktoru Meq Uitmanın (Meg Whitman) apardığı siyasət artıq öz bəhrəsini göstərməyə başlayıb. Məsələn, ötən rübün nəticəsinə görə, şirkətin maliyyə göstəriciləri bazar ekspertlərinin proqnozlarını üstələyib.
 
EMİL





25/06/12    Çap et