Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Aztelekom.net” yeni kampaniyalara start verib


“Aztelekom.net” dövlət internet provayderi yeni qoşulan istifadəçilərinə 1 aylıq pulsuz internet xidməti təklif edir.  Belə ki, ayın tarixindən asılı olmayaraq internetə qoşulan abunəçilər 2-ci ayın ödənişini etməklə növbəti ayın 1-nə kimi yüksəksürətli və keyfiyyətli internet xidmətlərindən istifadə edə bilərlər.

Bundan əlavə, iyul  ayının 1-dən etibarən abunəçinin ödədiyi məbləğdən və aldığı sürətdən asılı olmayaraq gecə saat 00:00-dan başlayaraq səhər saat 08:00-a kimi hər bir “Aztelekom.net” istifadəçisi internetdən 10 Mbit/s sürətlə istifadə imkanı əldə edəcək.






CAHANGİR





29/06/12    Çap et