Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Samuxda yeni poçt şöbəsi tikilir


 Regionlarda korporativ poçt şöbələrinin tikintisi davam etdirilir. Bu istiqamətdə Samuxda da yeni layihələr həyata keçirilib. Samux Poçt Filialının rəisi Zirəddin Kərimovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, hazırda rayonun Ziyadlı kəndində korporativ üslublu yeni poçt şöbəsi tikilir.

Əvvəllər kənddə poçt şöbəsi olsa da, bu, müasir tələblərə cavab verməyib. Rəis bildirib ki, yeni poçt şöbəsində məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi, çatdırılması, kommunal xidmət haqlarının yığılması ilə yanaşı, bank və maliyyə xidmətlərinin göstərilməsinə şərait yaradılacaq.








RƏVAN





02/07/12    Çap et