Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Kodak” şirkəti onlayn foto xidmətini bağlayır


“Kodak” şirkəti bu gün “Kodak Gallery” adlı foto xidmətini  bağlayacaq. Məlumat üçün bildirək ki, bu xidmətdən təxminən 68 milyon müştəri istifadə edirdi; onların çox hissəsi ABŞ və Kanadada yaşayır.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Kodak” şirkəti bundan əvvəl “Gallery” foto xidmətinin bütün infrastrukturunu 23,8 milyon dollara “Shutterfly” şirkətinə satmışdı.

Ekspertlərin bir çoxu “Kodak Gallery” xidmətini hazırda populyar olan “Flickr” layihəsinin ulu babası adlandırırlar. “Shutterfly” şirkəti ilə bağlanmış sazişin şərtlərinə görə, “Kodak” layihəni satır, lakin onunla bağlı texnologiya və heyəti vermir.




 
EMİL





02/07/12    Çap et