Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Plants vs. Zombies” və “Zuma” oyunlarının istehsalçısı dəyişib


Dünyada ən böyük oyun istehsalçılarından biri “Electronic Arts” şirkəti “PopCap Games” oyunları istehsalçısını aldığını bildirib. “PopCap Games” bazarda mobil platforma, sosial şəbəkə və kompyuter üçün layihələrlə məşhurdur. “PopCap Games”in ən uğurlu oyunları arasında – “Plants vs. Zombies”, “Zuma”, “Bejeweled” var.
Razılaşmanın dəyəri 750 milyon dollardır. “PopCap Games” 100 milyon dolları EA səhmləri şəklində alacaq. Saziş avqustda bağlanmalıdır.
“Electronic Arts” şirkəti “PopCap Games” vasitəsi ilə portativ platforma və sosial şəbəkə bazarında möhkəmlənməyi planlaşdırır. Bununla o, gələcəkdə maliyyə durumunu düzəltməyi hədəf seçib.




13/07/11    Çap et