Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qazaxıstan peyki orbitə 2014-cü ildə çıxarılacaq


Qazaxıstanın yerin məsafədən zondlaşdırılması peyki orbitə 2014-cü ildə Avropanın Kuru kosmodromundan yüngül sinifli “Veqa” raketində yola düşəcək.Bu, yerin səthinin bir neçə spektr diapazonunda çəkilməsini təmin edəcək peykdir.

“Astrium” şirkəti ilə bağlanan müqaviləyə əsasən, müəssisə  Qazaxıstan hökumətinin ehtiyacları üçün yüksək (1 metr) və orta (2 metr) dəqiqlikli 2 peyk istehsal ediləcək, peyklərin idarəolunması və məlumatların emalı üçün 100 Qazaxıstan mütəxəssisi və mühəndisini hazırlayacaq, həmçinin eləcə də Astanadakı Qazaxıstan Kosmik Mərkəzində peyklərin yığılma mərkəzini tikəcək. Kütləsi 9 kq-a yaxın olan “DZZ_HR” peyki “Veqa” raketi tərəfindən günəş-sinxron orbitinə təxminən 750 km hündürlüyə çıxarılacaqdır.





05/07/12    Çap et