Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçt sahəsində təhlillər aparılır


Ölkəmizdə poçt rabitəsi sahəsində kəndlər üzrə təhlillərə başlanılıb. Bu barədə “Azərpoçt” MMC-dən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, burada məqsəd poçt şöbələrinin göstərdiyi xidmət çeşidlərinin keyfiyyəti onlarda istifadə imkanları və müştərilərin maraqlarının təmin edilməsidir. Artıq ayrı-ayrı rayonlarda kəndlər üzrə sorğular keçirilib və xidmət üzrə istək və arzular dinlənilib.

Aparılan təhlillərdən məlum olub ki, poçt rabitəsinin ənənəvi xidmətlərindən razı qalan istifadəçilər qeyri-ənənəvi poçt xidmətlərinin gələcək inkişafına daha böyük ümidlidirlər və bugünkü təkliflər onların rahatlığının təmin edilməsinə yetərlidir.

Məlumat üçün bildirək ki, “Azərpoçt” MMC-nin poçt şöbələrində məktub, bağlama və banderolların, teleqramların, poçt pul baratlarının qəbulu və göndərilməsi, poçt markalarının satışı, sürətli poçt xidmətləri, dövri mətbuatın abunəsi və çatdırılması, enerji daşıyıcılarının və digər kommunal xidmət haqlarının yığılması, dünyanın istənilən ölkəsinə sürətli pul köçürmələri, şəhərlərarası telefon danışıq haqlarının ödənilməsi xidmətlərinin həyata keçirilməsi ilə yanaşı, bank və maliyyə xidmətləri kimi 40-dan çox xidmət vətəndaşlara təklif edilir.



RƏVAN





05/07/12    Çap et