Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gəncədə bütün poçt şöbələrində “Western Union” pul köçürmələrinin qəbulu həyata keçirilir


Gəncə Regional Poçt Filialı tərəfindən bütün poçt şöbələrində valyuta mübadiləsi, “Western Union” pul köçürmələrinin qəbulu həyata keçirilir.”Contact” və “Miqom” pul köçürmələrinin qəbulu üçün əməkdaşların bəzilərinə işçilərinə kod alınaraq treninqə göndərilib. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Gəncə RPF-nin rəisi Nizami Mustafayev məlumat verib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə reklam təbliğat işləri də gücləndirilib. Ölkənin aparıcı  banklarının Gəncədə kifayət qədər filiallarının olduğunu nəzərə alsaq, gəncəli poçt işçilərini böyük bir rəqabət gözlədiyini bilmək olar.





RƏVAN





05/07/12    Çap et