Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çexiyada daha bir mobil operator fəaliyyətə başlaya bilər


Çexiyanın telekommunikasiya idarəsi ölkəyə dördüncü mobil rabitə operatorunun cəlb edilməsi məqsədilə hökumətdən tezlik auksionu planı hazırlamaq tapşırığı alıb. Beləliklə, kabinet Çexiya bazarında yaranmış oliqarxiya inhisarını dağıtmaq niyyətindədir.

Telekommunikasiya idarəsi elə auksion qaydaları hazırlamalıdır ki, yeni operator digər firmalardan daha çox tezlik əldə etsin, lakin bu zaman auksionun nəticələrindən məhkəməyə və ya antiinhisar komitəsinə şikayət etmək mümkün olmasın.





06/07/12    Çap et