Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” beynəlxalq sifarişli poçt göndərişlərinə nəzarət edir


“Azərpoçt” MMC dünyanın 66 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair operativ elektron sorğu sistemindən istifadə edir. Bu sistem vasitəsilə sifarişli göndərişlər üzrə çıxan sorğular araşdırılıb. Bu barədə “Azərpoçt”MMC-dən verilən məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, 2008-ci ildən etibarən ÜPİ-nin təşkil etdiyi beynəlxalq sadə məktub korrespondensiyasına elektron vasitələrlə daimi nəzarət və RRB-nin mərhələli nəzarət tədbirlərində “Azərpoçt” MMC-nin iştirakı təmin olunub. Bu tədbirdə Azərbaycanın bu il də iştirak etməsi təmin edilib.

Onu da qeyd edək ki, “Azərpoçt” MMC xüsusi nəzarət kartlarından və sadə məktublardan istifadə edərək ölkədaxili məktub korrespondensiyasının nəzarət-keçid müddətləri müəyyənləşdirilib.




RƏVAN





06/07/12    Çap et