Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

MOBİTEL: “Smartfon belə olar!”


İş adamları smartfonda biznes funksiyalarının olmasını gözləyirlər, gənclər əyləncələrə tərəf meyillidirlər – musiqi, oyunlar. Bəziləri isə smartfondan sadəcə rahat danışa bilmək üçün istifadə edirlər. Smartfonlara olan tələblər gündən-günə artır – smartfon sürətli, əyləncəli, rahat olmalıdır və s. Məsələn, yeni "Nokia Lumia" smartfonları bu tələblərin öhdəsindən çox uğurla gəlir.

"Park Bulvar"da keçirilən yarışmada biz bir daha bunun şahidi olduq. Özünün yeni "Windows Phone" əməliyyat sisteminə güvənən "Nokia Lumia" smartfonlarından biri digər smartfonlarla yarışdı. İlin ən yaxşı smartfonu seçilmiş "Lumia 900" smartfonuna uduzanlar "Lumia birinci oldu" lövhəsi ilə şəkil çəkdirdilər və "Smartfon belə olar!" şüarını dəfələrlə səsləndirdilər. Həmin gün orada olanlar nəfəskəsici yarışları izləməkdən savayı, həm də Miri Yusifin gözəl ifalarından zövq aldılar.

Yeni "Nokia Lumia 610", "Lumia 710", "Lumia 800" və "Lumia 900" smartfonlarını təqdim edən "Nokia" həmin gün orda olan insanlara yarışma zövqü və bolluca pozitiv enerji bəxş etdi. Bütün bunları birbaşa izləyə bilməyənlər aşağıdakı videoları izləyərək bu hissləri yaşaya bilərlər.



RƏVAN






07/07/12    Çap et