Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İntel” korporasiyası İsrail elminə misilsiz töhfə verməkdədir


İsrailin prezidenti Şimon Peres bəyan edib ki, “İntel” korporasiyası ilə əməkdaşlıq nəticəsində Kiryat Qat şəhəri elm və texnologiyalar əsrində dünyanın ən mühüm yerlərindən birinə çevrilib. O, “İntel” korporasiyasının uğurlarını həssas və qətiyyətli rəhbərliklə əlaqələndirərək bildirib ki, şirkət yalnız maşınları idarə etməyi deyil, həm də insanlarla əməkdaşlıq yaratmağı bacarır.

“ICTnews.az” elektron xəbər xidməti “http://it-news-world.ru/” saytına istinadən bildirir ki, Şimon Peres “İntel” şirkətinin ən böyük pərəstişkarlarındandır. O, 80-ci illərin sonlarında maliyyə naziri vəzifəsində çalışdıqda “İntel” korporasiyasının İsrail ərazisində fəaliyyət göstərməsi üçün məsuliyyət daşıyırdı.

İsrail hökumətinin uzun illər “İntel” şirkətinə göstərdiyi səxavətli vergi güzəştləri haqqında skeptisizmə cavab olaraq Şimon Peres bəyan edib ki, şirkət bütün ümidləri doğruldub. “İntel” şirkəti investisiya vasitəsilə aldığı bütün vəsaiti vergi şəklində geri qaytarıb. "Biz nə qədər çox investisiya yatırırıq, əvəzində daha çox qazanırıq" - Peres bildirib.

2012-ci il iyulun 5-də prezident Şimon Peres silisium çiplərinin istehsal edildiyi "Təmiz otaq" zavoduna baş çəkib. O, “İntel” şirkətinin İsraildə yerləşən bölməsinin prezidenti Muli İden və əsas icraçı direktor Maksin Fassberqlə görüşüb və onlara heyranlığını bildirib, çünki zavod İsrailin texnoloji inkişaf zirvəsinə çatmasına böyük təkan verib.
 
EMİL





10/07/12    Çap et