Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“eBay” hərracında 1 milyon avroluq oyun kolleksiyası satılıb


“EBay” hərracında dəyəri 1 milyon avro təşkil edən oyun kolleksiyası satılıb.“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Fransada yaşayan satıcı tərəfindən təqdim edilmiş informasiyaya əsasən, kolleksiyada “Sega”-nın bütün konsolları, həmçinin “Nintendo” platforması üçün hazırlanmış,demək olar ki,  bütün oyunlar yer alıb. Satıcı kolleksiyanın toplanılmasına  təxminən 20 il vaxt sərf edib.

Kolleksiyaya daxil edilmiş disk və katriclərin bir çoxu heç vaxt istifadə olunmayıb.Hərrac iyulun 8-də başa çatıb. Kolleksiyanın yeni sahibinin kimliyi bildirilməyib.









EMİL





10/07/12    Çap et