Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərkosmos” ASC-nin əməkdaşları xarici ixtisasartırma kurslarında iştirak edirlər


“Azərkosmos” ASC-dən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə,  mütəxəssisləri mütəmadi olaraq xaricdə ixtisasartırma məqsədilə müxtəlif təlim və kurslarda iştirak edir, öz texniki hazırlıq səviyyələrini yüksəltmək üçün davamlı iş aparırlar. 

Belə ki, “Azərkosmos” ASC-nin Peyk mühəndisliyi sektorunun iki nəfər əməkdaşı Böyük Britaniyanın Surrey Universitetinin Mühəndislik və fizika elmləri fakültəsi tərəfindən “Radiotezlikli dövrələr və sistem dizaynı” mövzusunda təşkil olunan təlimdə iştirak etmişlər.

Yüksəkixtisaslı müəllim heyəti və mütəxəssislərin iştirakı ilə təşkil olunan silsilə xarakterli təlimin məqsədi peyk rabitəsi sənayesi, rəqəmsal texnologiyalar, radar texnologiyaları, nanotexnologiya, antenalar, kosmik avadanlıqlar və cihazlar, o cümlədən televiziya sənayesi üzrə çalışan mütəxəssislər üçün əhatəli dərslər təşkil etmək, peyk mühəndisliyi üzrə iş prosesinə dair praktiki biliklər və bacarıqlar aşılamaq, həmçinin iştirakçılarda dünya peyk sənayesində baş verən ən son texnoloji yeniliklər və elmi tədqiqatlarla bağlı ümumi tanışlıq yaratmaqdır. 

Qeyd edək ki, Surrey Universiteti  peyk sahəsi üzrə irimiqyaslı elmi və texnoloji tədqiqatlar həyata keçirən aparıcı universitetlərdən hesab olunur.

RƏVAN





12/07/12    Çap et