Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Britaniya şirkəti korpusu bambukdan hazırlanmış smartfon istehsal edəcək


Britaniyanın “AD Creative” startapı korpusu tamamilə bambukdan hazırlanmış smartfon istehsal edəcək. Qurğuya “Google Android 4.0” (Ice Cream Sandwich) əməliyyat sistemi quraşdırılıb.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən  bildirir ki, “ADzero” smartfonu ilk əvvəl Böyük Britaniyada 2012-ci ilin sonunda və ya 2013-cü ilin əvvəlində satışa çıxarılacaq. Qurğunun qiyməti haqqında hələ ki məlumat yoxdur.

Məlumat üçün bildirək ki, “ADzero” smartfonu 2012-ci ilin fevralında elan edilmişdi. Belə cihazın yaradılması ideyası 23 yaşlı Britaniyanın Midlseks Universitetinin tələbəsi Kirona-Skott Vudhausa aiddir.

Aparatın bütöv korpusu dördillik ekoloji təmiz bambukdan hazırlanıb. “ADzero” smartfonunun texniki içliyi haqqında hələ ki heç nə məlum deyil, lakin smartfon yaradıcılarının sözlərinə görə, o, müasir modellərdən heç də geri qalmayacaq.
 
EMİL





12/07/12    Çap et