Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” korporasiyası heyətini ixtisar edir


“Microsoft” korporasiyası reklam və marketinq işlərilə məşğul olan heyətini ixtisar edəcəyini elan edib. Şirkət belə addım atmaqla öz xərclərini azaltmağa və səyini prioritet istiqamətlərə yönəltməyə çalışır. “Microsoft”un mətbuat katibi bu informasiyanı təsdiq edib, lakin ixtisarların sayı haqqında məlumatı dəqiqləşdirməyib.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Microsoft” korporasiyası cari ildə marketinq fəaliyyətinin yenidən qurulması üzrə həyata keçirilən proqram çərçivəsində artıq təxminən 200 insanı işdən azad edib.







 
EMİL





13/07/12    Çap et