Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli mobil operator abunəçilərinə "Ramazan" smsləri göndərəcək


“Nar Mobile” abunəçilərinə Ramazan ayının gəlişi münasibətilə xüsusi xidmət təklif edir. Müqəddəs Orucluq ayı boyunca “Nar Mobile” abunəçiləri SMS vasitəsilə "Ramazan təqvimi" adlı xidmətdən faydalana bilərlər.

Xidmətə qoşulmaq üçün 3061 qısa nömrəsinə sadəcə boş SMS göndərmək kifayətdir. Xidmətə abunə olan istifadəçi Ramazan ayı boyunca imsaq və iftar vaxtlarını bir gün öncədən  SMS vasitəsilə əldə etmiş olacaq.

Bundan əlavə xidmətə abunə olanlar Orucluq ayının gündəlik dualarını pulsuz əldə etmiş olacaqlar. "Ramazan Təqvimi" xidmətinin aylıq abunə haqqı 1 AZN təşkil edir.

Qeyd edək ki, Azerfon MMC-nin servis və məzmun təminatçısı olan “Azericom” MMC-nin texniki dəstəyi ilə hazırlanan xidmət Qafqaz Müsəlmanları Ruhani İdarəsinin təqdim etdiyi rəsmi təqvimə əsaslanacaq.




RƏVAN




16/07/12    Çap et