Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

6 yaşlı “Twitter”


Hazırda sosial şəbəkələr internetin ayrılmaz hissəsinə çevrilib. Bu günlərdə populyar “Twitter” şəbəkəsinin 6 yaşı tamam olub.

“Twitter”-in rəhbərləri 2006-cı il iyulun 15-də xidmətə tam girişi açıq elan ediblər. Xidmət bu illər ərzində nəzərə çarpacaq  dərəcədə təkmilləşdirilib və auditoriyasını dəfələrlə genişləndirib.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, hazırda 200 milyondan çox insan “Twitter” xidmətindən istifadə edir.








 
EMİL





17/07/12    Çap et