Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən güclü lazer hazırlanıb


Kaliforniyada yerləşən “Lawrence Livermore National Laboratory” elmi mərkəzində çalışan tədqiqatçılar dünyada ən güclü lazer hazırlayıblar.

“ICTnews.az” elektron xəbər xidməti http://it-news-world.ru/ saytına istinadən bildirir ki, lazerin maksimum qüvvəsi 500 trilyon Vatt təşkil edir. Bu laboratoriyanın əməkdaşları 2009-cu ildə 1 Meqa-coul enerjiyə malik lazer hazırlamışdılar. Hazırki rekord (1,85 meqa-coul) istənilən digər lazerin imkanlarından 100 dəfə çoxdur. Yaradılmış avadanlıq ulduz və digər göy cisimləri vasitəsilə materiyanın vəziyyətini araşdırmağa imkan yaradır.
 









EMİL





17/07/12    Çap et