Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iPad” planşeti üçün gülləkeçirməz çexol təqdim edilib


Britaniyanın “VestGuard UK” şirkəti “iPad” planşeti üçün gülləkeçirməz çexol təqdim edib.“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, çexol planşeti 9 mm kalibrli odlu silahdan atılmış güllələrdən qoruyur. Futlyar “The Ballistic” adlanır. Çexolun qiyməti haqqında məlumat yoxdur.

Məlumat üçün bildirək ki, “iPhone” smartfonunu güllələrdən qoruyan çexol artıq mövcuddur. Bu çexolu 2012-ci ilin aprelində Yaponiyanın “Marudai” şirkəti istehsal etmişdi. Həmin futlyarın qiyməti 650 ABŞ dolları təşkil edir.
 








EMİL





19/07/12    Çap et