Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft Office 2013” “Windows XP” və “Vista”nı dəstəkləməyəcək


“Microsoft” şirkətinin məlumatına görə, “Office 2013” ofis paketi “Windows XP” və “Windows Vista” əməliyyat sistemləri (ƏS) ilə işləyən fərdi kompyuterləri dəstəkləməyəcək. Yeni “Office” yalnız “Windows 7” və “Windows 8” ƏS-ləri ilə işləyəcək" – korporasiyadan bildirilib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Net Application” monitorinq şirkətinin məlumatına əsasən, hazırda “XP” və “Vista” ƏS-in ümumi payı 54,6 faiz təşkil edir. “Windows 7” ƏS-in bazar payı 2012-ci ilin iyununda  45,1 faiz təşkil edib.








 
EMİL





19/07/12    Çap et